Andrey Lunin Çempionlar Liqası finalı öncəsi məşqi və oyunu buraxma səbəbindən danışıb.
Offsideplus.az xəbər verir ki, ukraynalı qapıçı məşq toplanışından öncə virusa yoluxduğunu deyib:
“Çempionlar Liqası finalının məşqini buraxmağım? Virus testi apardılar və göstərdi ki, məndə B virusu var. Nə olduğundan başım çıxmır. Amma mənə dedilər ki, bu, yüngülcə yoluxucudur, ona görə də komanda ilə məşq edə bilməzdim".
Qeyd edək ki, "Real"ın "Borussiya"nı 2:0 hesabla məğlub etdiyi oyunda ispan klubunun qapısını Tibo Kurtua qoruyub.